Bakıda yaşayış binasında yanğın - 23 nəfər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın - 23 nəfər təxliyə edildi
SOSİAL
20:49 18.11.2017
1227
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
 
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib.
 
Binanın 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
 
Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR