Bakıda yaşayış binasında yanğın: 4 nəfər tüstüdən zəhərləndi

Bakıda yaşayış binasında yanğın: 4 nəfər tüstüdən zəhərləndi
SOSİAL
11:12 27.11.2022
135
Bakıda yaşayış binasında yanğın olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirlyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə 1 ədəd kreslo, 1 ədəd ütü və lambirdən ibarət tavan 5 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR