Bakıda yaşayış binasında yanğın - sakinlər təxliyə edilib

SOSİAL
16:37 30.10.2024
226
Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən xəbərə görə, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
OXŞAR XƏBƏRLƏR