"İlin sonuna kimi Bakıda iri həcmli üç "yaşıl market" açılacaq.
AZXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib. Onun sözlərinə görə, bütün bunlar bir vasitədir: "Bazara çıxış imkanlarının artırılması üçün müxtəlif imkanlardan istifadə olunur, fermerlər evi, yarmarkalar təşkil edilir. Bunu Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə tədbirlər çərçivəsində həyata keçirilir. Artıq ayrı-ayrı bölgələrdə "Fermer evləri"nin açılışı həyata keçirilir".
S.Talıbov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi respublikanın rayonlarında da bütövlükdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil edilməsi istiqamətində xüsusi qərar layihəsi hazırlayaraq hökumətə təqdim edib: "Yaxın günlərdə yəqin ki, bu layihə ölkə rəhbərliyi tərəfindən təsdiq olunacaq.
Bu istiqamətdə bütövlükdə hər bir yerli icra hakimiyyəti orqanları tərəfindən bölgələrdə mütəmadi fəaliyyət yarmarkalarının təşkili həyata keçiriləcək".