Bakının Nərimanov rayonu ərazisində yerləşən paltar mağazalarının birində oğruluq hadisəsi baş verib.
AZXEBER.COM-a məlumat verən mağaza sahibinin sözlərinə görə, bir həftə ərzində mağazaya müxtəlif aralıqlarla daxil olan oğrular 2 müxtəlif mobil telefon oğurlayıblar. Sonuncu dəfə orta yaşlarında olan kişi mağazaya daxil olaraq piştaxtanın arxasındakı satıcı ilə söhbətləşib. O satıcının başını bir müddət qatdıqdan sonra yazı masasının üzərindəki mobil telefonu oğrulayıb.
Oğurluq hadisəsi mağazanın müşahidə kameralarına anbaan düşüb. Həmin görüntüləri təqdim edirik: