Bakıda yaşlı kişini qatar vurdu

Bakıda yaşlı kişini qatar vurdu
SOSİAL
10:11 05.05.2018
4301

Bakının Binəqədi rayonunda piyadanı qatar vurub.

Hadisə 1934-cü il təvəllüdlü Həmzəyev Həmzə Məmmədhəsən oğlu Biləcəri qəsəbəsində dəmiryol relsləri üzərindən keçən zaman baş verib.

Piyada hadisə nəticəsində sağ qalıb. O, ailə üzvlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.

///Report
OXŞAR XƏBƏRLƏR