Bakıda 70 yaşlı qadını avtomobil vurub.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Yaqut Əbdülməmmədova yolu keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.











































