Bakıda yataqxana binası qəzalı vəziyyətə düşüb - VİDEO

Bakıda yataqxana binası qəzalı vəziyyətə düşüb - VİDEO
SOSİAL
15:33 14.11.2022
134
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yataqxana binasında çatlar əmələ gəlib.

AZXEBER.COM Xəzər TV-yə istinadən bildirir ki, 99 mənzilli yataqxanada yaşayanlar deyirlər ki, belə vəziyyət uzun müddətdir davam edir. Bina uçma təhlükəsi ilə üz-üzədir. Xüsusilə dam örtüyü yarasız vəziyyətdədir, hər gün divarlarda yeni çatlar yaranır.

Sakinlər adiyyəti qurumların məsələdən xəbərdar olduqlarını deyirlər. Onlar köçürülmələrini və əvəzində yeni binanın inşa edilməsini istəyirlər.

Sözügedən yataqxana 144 saylı mənzil kommunal istismar sahəsinin balansındadır.

Sahə rəisi Azad Babayev binanın sökülüb-sökülməyəcəyinə aydınlıq gətirib.

O bildirib ki, yaxın vaxtlarda yataqxananın əsaslı təmir edilməsi ilə bağlı qərarın verilməsi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR