Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.
AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, "8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.
Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş körpə meyiti aşkarlanıb. Meyit qız uşağına məxsusdur. Körpənin kimin tərəfindən küçəyə atıldığı hələlik bilinmir. Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.