Bakıda yeni məktəb və uşaq bağçasının açılışı oldu - FOTOLAR

İQTİSADİYYAT
09:21 05.09.2012
2940
Bu gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və uşaq bağçasının binaları istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimlərində iştirak edib.
Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Badamdarda olarkən keçirdiyi görüş zamanı sakinlər burada yeni məktəbə və uşaq bağçasına ehtiyac olduğunu bildirmişdilər. Dövlət başçısı elə həmin gün Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının və 880 şagird yerlik ümumtəhsil məktəbinin binalarının tikintisinə başlamaq haqqında sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb və uşaq bağçası binalarının inşasına başlanılmışdı. Prezidentin tapşırıqlarına uyğun olaraq 329 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilib.
Prezident İlham Əliyev əvvəlcə 329 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib.
Görülən işlərlə bağlı prezidentə məlumat verilib. Məktəbin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostend yaradılıb. Bildirilib ki, 3 əsas mərtəbədən və zirzəmidən ibarət binanın ümumi sahəsi 6 min 581 kvadratmetrdir. Məktəbdə 48 sinif, 4 kompüter, 3 laboratoriya otağı, tarix, riyaziyyat və hərbi hazırlıq kabinetləri yaradılıb. Kompüter otaqları internet şəbəkəsinə qoşulub. Binanın fasad və divarları üzlük daşla üzlənib, burada böyük kitabxana, yeməkxana və bufet, tibb otaqları, idman və kütləvi tədbirlərin keçirilməsi üçün 120 nəfərlik akt zalı yaradılıb.
Dövlət başçısı ayrı-ayrı sinif otaqlarına baxıb, tədris şəraiti ilə tanış olub. Məktəbin həyətində idman meydançasının qurulduğu da qeyd olunub. Məktəbin 8 min 800 kvadratmetr həyətyanı sahəsinin 5 min kvadratmetr hissəsinə asfalt örtük döşənib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Məktəbin həyətində 1500 kvadratmetrlik istinad divarı tikilmiş və üzlənib. Binanın ərazisi abadlaşdırılıb, məktəb istiqamətində uzanan küçə təmir olunaraq asfaltlaşdırılıb. Məktəb binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən qurulub, tutacaqlar quraşdırılıb. Təhsil müəssisəsi üçün yeni elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib, istilik sistemi qurulub, müasir qazanxana tikilib. Həyətdə yeni elektrik transformatoru quraşdırılıb, nasosxana yaradılıb. Binanın bütün gün ərzində içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülüb. Məktəbdə müşahidə kameraları, yanğından xəbərdarlıq qurğuları da quraşdırılıb. Tədris ocağı yeni mebel, avadanlıq, dərs ləvazimatları ilə tam təmin olunub.
Dövlət başçısı məktəb binasında yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbədə inşa olunan 120 yerlik yeni uşaq bağçasının açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib.
Uşaq bağçasında yaradılan şəraitlə bağlı prezidentə məlumat verilib. Binanın foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və prezident İlham Əliyevin uşaqlara qayğısından bəhs edən stendlər quraşdırılıb. İki mərtəbədən ibarət binada uşaqların təlim-tərbiyəsi üçün bütün lazımi şəraitin yaradıldığı qeyd olunub. Bildirilib ki, ümumi sahəsi 1620 kvadratmetr olan bağça binası qısa müddətdə tikilərək üzlük daşla üzlənib. Bağçada 6 qrup fəaliyyət göstərəcək. Uşaqlar üçün nəzərdə tutulan qrup və yataq otaqlarından başqa böyük və işıqlı yeməkxana, musiqi və idman zalları, tibb və oyun otaqları, mətbəx, yardımçı otaqlar da yaradılıb. Bağça binasında müasir istilik sistemi qurularaq qazanxanaya birləşdirilib. Yeni kommunikasiya xətləri çəkilmiş binanın su ilə daimi təminatı üçün həyətdə 3 çən qurulub, nasosxana tikilib. Binada yanğından xəbərdarlıq sistemi qurulub.
Dövlət başçısı bağçada yaradılan şəraitlə yaxından tanış olub. Binanın həyətində də abadlıq işləri görülüb, 1000 kvadratmetr sahəyə asfalt döşənib, idman və əyləncə qurğuları quraşdırılıb, istirahət guşələri, həmçinin yol hərəkəti təhlükəsizliyi qaydalarının öyrədilməsi üçün meydança yaradılıb. Bağça binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən düzəldilib.
Uşaq bağçasında yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir