Bakıda yeni parfümeriya brendi fəaliyyətə başladı: “Parfume de Paris” açılış etdi - FOTOLAR

Bakıda yeni parfümeriya brendi fəaliyyətə başladı: “Parfume de Paris” açılış etdi - FOTOLAR
MAQAZİN
12:22 05.08.2017
7171
Ətir – görünməz olsa da, unudulmaz və bənzərsiz aksesuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır. 

Artıq siz də unudulmaz ola biləcəksiniz. Bundan sonra xanımlarımız ən keyfiyyətli, əsrarəngiz brend ətirləri almaq üçün xaricdən sifariş etmək məcburiyyətində qalmayacaqlar. Onlar istədikləri ətirləri, kosmetik vasitələri məhz "Parfume de Paris”dən əldə edə biləcəklər. 
"Parfume de Paris” mağazalar şəbəkəsinin növbəti filialı Bakıda 28 may metrosu yaxınlığında açılıb. Aparıcı Aynur Əliyevanın təqdimatında reallaşan möhtəşəm açılış mərasimində bir çox məşhur müğənnilər Pişik Günel, Roza Zərgərli, Nadir Qafarzadə, Səidə Dadaşova, "Dəyirman” qrupunun üzvləri, aktrisa Aysel Nazim, aparıcı Zema, prodüserlər Təranə Səmədova və Anar Mədətov və b. iştirak edib. Şou biznes ulduzlarının bəh-bəhlə alış-veriş etdiyi mağaza artıq hər kəs üçün istifadəyə verilib. 

Gecce.az xəbər verir ki, baş direktor Zeynalov Fərzağa, təsisçilər Əzizov Şahin, Vəliyev Arifin rəhbərliyi ilə açılan mərkəzdə həm topdan, həm də ki, pərakəndə satış mümkündür. Böyük mağazada Almaniyadan, Fransadan, İtaliyadan, Dubaydan, Parisdən və başqa ölkələrdən gələn ətirlər, şampunlar, saç və üz maskaları, balıq kürüsü, qızıl tərkibli kremlər, keçi südündən kosmetik vasitələr, brend uşaq şampunları satılır. 
"Parfume de Paris”dən gözəlliyiniz üçün istifadə edəcəyiniz bütün məhsulları əldə edə bilərsiniz. 

Qeyd edək ki, mağazanın ilk filialı Həzi Aslanov metrosu yaxınlığında yerləşir. Mağazalar şəbəkəsindən alış-veriş etmək istəyən xanımlar həm nəğd ödəniş etməklə, həm də ki, plastik kartlardan istifadə etməklə arzu etdikləri ətirləri, kosmetik məhsulları əldə edə biləcəklər. Mağazaya gəlməkdə tənbəllik edən xanımlar isə istədikləri ətirləri online sifariş edə biləcəklər. Çatdırılma pulsuzdur.


Ünvan: 28 may, M.Fikrət Əmirov 24
Əlaqə nömrəsi: (+99412) 409 24 41
Mob: (99451) 309 24 41
 
















OXŞAR XƏBƏRLƏR