İyulun 2-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkının təməlini qoyublar.
Sahəsi beş hektar olacaq park Ağ şəhərdə salınacaq.
Özbəkistanın xəritəsi formasında olacaq parkda muzey, kinoteatr, amfiteatr, qüllə, bu ölkənin milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək.
Oxu.az