Bakıda yeniyetməni motosiklet vurdu

Bakıda yeniyetməni motosiklet vurdu
SOSİAL
12:16 25.08.2024
140
Bakının Xəzər rayonunda 15 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Ömər Ramin oğlu İsmayılov yolu keçərkən motosiklet onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona əng sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR