Bakıda yeraltı dayancaqdan çıxan avtomobil piyadanı vuraraq öldürüb.
AZXEBER.COM xəbər verir ki, Yasamal rayonu Naxçivani küçəsi ev 15 ünvanında yerləşən hündürmərtəbəli binanın yeraltı dayancağından 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubishi Outlander" markalı avtomobillə çıxarkən 1955-ci il təvəllüdlü Sadıqova Esmira Həsənağa qızını vurub.
Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.











































