Bakıda yol polisi postunun yaxınlığında ağır qəza: 1 ÖLÜ, 3 YARALI

Bakıda yol polisi postunun yaxınlığında ağır qəza: 1 ÖLÜ, 3 YARALI
SOSİAL
11:54 10.06.2017
1012
Bakıda ağır yol qəzası baş verib.
 
Lent.az xəbər verir ki, Bakı-Ələt magistralının 29-cu kilometrliyində - Yol Patrul Xidmətinin Qaradağ postunun yaxınlığında 01 BU 120 dövlət qeydiyyat nişanlı "Mercedes" qəzaya uğrayıb. Avtomobilin idarəetmədən çıxaraq yolun ortasındakı metal çəpərlərə çırpılması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Ölən və yaralananların hamısı gənc oğlanlardır.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR