Bakıda yol polisi qadın sürücünü döydü VİDEO

SOSİAL
12:59 27.05.2016
7529
Maştağa qəsəbəsində saxlanılan xanım sürücü polis tərəfindən döyüldüyünü iddia edir.
Qadın sürücü göz yaşları ilə" yol polsisləri tərəfindən döyülmüşəm" deyə şikayət edib. Maştağa qəsəbəsi ərazisində saxlanılan xanım sürücü yol patrul xidməti əməkdaşlarının qəzəbinə tuş gəldiyini israrla bildiririb. Onun sözlərinə görə, qaynatası Mirbala Rəsulova məxsus "Opel" markalı avtomobili ilə Albalılıq qəsəbəsindən yaşadıqları evə gedirmiş. Qaynatası sərxoş olub və avtomobilin sükanı araxasına əyləşməyib. Özünü pis hiss etdiyindən piyada hərəkət edib.
Özünün dediyinə görə yol patrul xidmətinə məxsus avtomobil onu izləyərək heç bir xəbərdarlıq etmədən saxlayıb. Sənəd tələb etməyiblər. Baş qaldıran mübahisə nəticəsində xanım sürücü döyülüb. Pərvanə Qasımova üz nahiyyəsindən xəsarət alıb. Bundan sonra onun həyat yoldaşı da məsələyə müdaxilə edib.
"Mənzilə çatdıqda polis əməkdaşları maşına yaxınlaşdı özlərini təqdim etmədən mənə "nəhayət ünvana çatdın"- dedilər. Məndə əhəmiyyət vermədim. Üzümü çevirəndə isə mənə zərbə endirdilər" - deyə qadın sürücü baş verənləri danışıb. Sürücü xanım əlavə etdi ki onun sürücülük vəsiqəsi də yoxdur.
Bakı şəhər Baş Dövlət Yol Polisi bildiriblər ki, Pərvanə Qasımovaya "saxla" əmri verilsə də o avtomobili ilə hərəktini davam etdirib. Saxladıqda isə məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur. Bundan əlavə avtomobilə 3 dəfə məhkəmə qərarı ilə həbs qoyulub. Xanım isə əmrə tabe olmayaraq polislə mübahisəyə üstünlük verib. Qadının sərxoş vəziyyətdə olan həyat yoldaşı Vüqar Qasımov isə yol patrul xidmətinin iki əməkdaşına xəsarət yetirib. Nəticədə yol polisləri xəsarət alıb. Baş idarədən onu da bildiriblər ki, hadisə yol patrul xidmətinə məxsus avtomobildə olan kamera tərəfindən qeydə alnıb. İndi kimin haqlı kimin haqsız olacağını hüquq mühafizə orqanlarında aparılacaq təhqiqat müəyyənləşdirəcək.
Anspress.com

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi