Bakıda yol polisi azyaşlı uşağı ölümdən qurtarıb.
AZXEBER.COM xəbər verir ki, hadisə ötən gün olub. Bu haqda sosial şəbəkədə status paylaşılıb.
Sitat: "Ötən gecə bir uşağın halı pisləşir və təcili tibbi yardım çağırırlar. Ancaq təcili yardım gec gəlir. Bunu görən valideyn yol qırağına çıxaraq 99 YP 507 nömrəli yol patrol xidmətinin əməkdaşına yaxınlaşaraq ona kömək etməsini xahiş edir və həmin YPX əməkdaşı yolu açıb valideyinə kömək edərək həmin uşağı valideyini ilə birlikdə xəstəxanaya qədər müşahidə edib. Çətin durumda olan uşağı xəstəxanaya vaxtında çatdırır. Xəstəyə həkimlər vaxtında müdaxilə edərək uşağın həyatını xilas edə biliblər.
Qeyd edək ki, həmin YPX əməkdaşı baş inspektor Rafiq Alıyevdir.
Sosial şəbəkədə trendə çevrilən həmin videonu təqdim edirik: