Bakıda yol polisindən qeyri-adi hərəkət – FOTO - VİDEO

Bakıda yol polisindən qeyri-adi hərəkət – FOTO - VİDEO
Bütün Xəbərlər
10:18 17.10.2014
892

"Siz bircə mənə yolu göstərin, hamınızı hara lazımdı ora çatdırcam"

Bakıda oktyabrın 16-da çox maraqlı bir hadisə baş verib.Facebook sosial şəbəkəsinin "Sancaq" qrupunda verilən xəbərdə bildirilir ki, Dövlət Yol Polis əməkdaşı Əhmədli tərəfdə qaydanı pozan (qırmızı işıqda keçən) 57 nömrəli sərnişin avtobusunu saxlayıb. Sürücünün sənədlərini yoxlayarkən görüb ki, onun sürücülük vəsiqəsi yoxdur.Polis də sürücünü düşürüb, özü sükan arxasına keçib və sərnişinlərə deyib: "Siz bircə mənə yolu göstərin, hamınızı hara lazımdı ora çatdırcam. Bircə mən gedim çıxım bu avtobusun sonuncu astanovkasına. Görüm bunların nəzarətçisi kimdi belə".Elə də olub. Sərnişinlər yol polisinə yolu göstərə-göstərə hamı rahatça evlərinə çatıb. Üstəlik polis sərnişinlərdən gediş haqqını almayıb.

OXŞAR XƏBƏRLƏR