Bakıda yol polisinin maşınını çəkiclə əzən bu şəxsdən xəbər var - VİDEO

Bakıda yol polisinin maşınını çəkiclə əzən bu şəxsdən xəbər var - VİDEO
SOSİAL
10:42 23.12.2016
3021

Bakıda Yol Patrul Xidmətinin avtomobilini çəkiclə sındırmaqda təqsirləndirilən Şahin Bəylərovun cinayət işinin istintaqı başa çatıb. Baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib. 

Hadisə bu ilin fevral ayında baş verib. DİN-in yaydığı rəsmi məlumata görə, Ş.Bəylərov Nərimanov rayonu G.Qədirbəyova küçəsində xidmət aparan "BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan  Şahin Bəylərovun sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb. O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə), 221.3-cü (xuliqanlıq) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama) maddələri üzrə ittiham edilib. 

Nərimanov rayon Məhkəməsinin qərarı ilə Ş. Bəylərov barəsində həbs-qətimkan tədbiri seçilib. 

Hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahin Bəylərov hadisə baş verən zaman oğlunu Nərimanov rayonundakı idman zallarından birinə qoyub qayıdırmış.

Ailəli, 2 uşaq atası olan Şahin Bəylərovun hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.

Şahin Bəylərov bundan öncə məhkumluq həyatı yaşayıb. Adam öldürdüyü üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
12:03 28.08.2025
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu