Bakının Şəmsi Bədəlbəyli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində Dövlət Yol Polisi əməkdaşları ilə avtomobil sürücüsü arasında mübahisə baş verib.
Azxeber.com xəbər verir ki, məsələ barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, videogörüntü bir ay əvvəl çəkilib:
"Yayılan video Təhlükəsizlik şəhər kameraları vasitəsilə araşdırılıb, görüntülərdən məlum olub ki, yaxınlıqdakı kafedən çıxan 3 nəfər sərxoş şəxs səkidə dayanaraq mübahisə ediblər. Mübahisə davaya çevrilib və yaxınlıqdakı YPX əməkdaşı onları ayırmağa çalışıb. Daha sonra hadisə yerinə digər YPX əməkdaşı gəlib və Post patrul xidməti çağırıb. PPX əməkdaşları bir neçə dəqiqə sonra hadisə yerinə gələrək həmin şəxsləri aparib".