Bakıda yol qəzası ölümlə nəticələndi

MAQAZİN
08:44 13.03.2013
1393
Bakıda ağır yol qəzası baş verib. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən axşam saat 21.00 radələrində “Dərnəgül” yolunda qeydə alınıb. “Mercedes” markalı minik avtomobil “Kamaz” markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilində olan sərnişinlərdən biri hadisə yerində dünyasını dəyişib, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR