Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qəza nəticəsində 1 ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.