Bakıda yolu keçən ər və arvadı maşın vurdu - Qadın öldü

Bakıda yolu keçən ər və arvadı maşın vurdu - Qadın öldü
SOSİAL
11:57 08.01.2019
3760
Bakıda avtomobil yolu keçən ər və arvadı vurub. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, yanvarın 7-də saat 12 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Füzuli rayon sakini Ruslan Süleymanov idarə etdiyi "Mercedes” markalı (yük) avtomobillə yolu keçən qəsəbə sakinləri Cəlal İsmayılovu və onun arvadı Xanımı vurub. Nəticədə X.İsmayılova hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR