Bakıda maşın piyadanı vurub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü, Rövşən İsmayılov idarə etdiyi "Mercedes Axor" markalı yük avtomobili ilə Binəqədi şosesi-DSK yolu şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən piyada Mahmudova Səbuhə Kəmaləddin qızını vurub.
Faktla bağlı cinayət işi başlanılıb.