Bakıda yük maşınları toqquşdu: ölən var

Bakıda yük maşınları toqquşdu: ölən var
SOSİAL
10:32 19.05.2017
1183
Bakıda ağır yol qəzası baş verib.
 
Lent.az xəbər verir ki, Qaradağ rayonu ərazisində - Bakı-Qazax magistralının 53-cü kilometrliyində "Hovo" və "KamAZ" markalı iki yük avtomobili toqquşub. Nəticədə "KamAZ"ı idarə edən 35 yaşlı kişi hadisə yerində keçinib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR