Bakıda zavodda güclü yanğın başlayıb

Bakıda zavodda güclü yanğın başlayıb
SOSİAL
13:44 06.02.2018
3162
Bu dəqiqələrdə Bakının Nərimanov rayonunda güclü yanğın başlayıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodunda yanğın davam edir. Yanğını söndürməyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Zavodun səlahiyyətli şəxsləri isə bildiriblər ki, yanğın zavod binasından kənarda, tullantılar olan ərazidədir. 
 

 
OXŞAR XƏBƏRLƏR