Bakıda zəncirlənən uşaq anasından alındı

SOSİAL
13:41 22.08.2019
3754
Bakıda anası tərəfindən zəncirlənmiş uşaq 2 saylı dövlət uşaq müəssisəsinə yerləşdirilib.

AZXEBER.COM-un "Sputnik"ə istinadən məlumatına görə, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, uşaq ananın əlindən alınaraq uşaq evinə yerləşdirilib. K. Ağazadə uşaqla psixoloji iş aparılmamış onun uşaq evinə yerləşdirilməsinin düzgün olmadığı fikrindədir. O, bildirib ki, belə ağır travma almış uşaqların dövlət uşaq müəssisələrində uşaqlarla münasibət qurması çətin olur və onlar ətrafdakılara davranışları ilə zərər vururlar.

Xatırladaq ki, 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı tərəfindən kirayədə yaşadıqları Nəsimi rayonu, Cavadxan küçəsi, 56 saylı evin 91-ci mənzilində nadinc hərəkətlər etdiyinə görə ayağından zəncirlə bağlamaqla qanunsuz azadlıqdan məhrum edilməsinə əsaslı şübhələr olduğundan faktla əlaqədar avqustun 21-də Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilməklə maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, tibbi və məhkəmə psixoloji ekspertizaları təyin edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:40 02.06.2020

Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi

20:12 02.06.2020

Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ

19:50 02.06.2020

Jurnalistin ailəsində koronavirus aşkarlandı

19:28 02.06.2020

Ağdamda bütöv bir qəsəbə karantinə alınıb? – TƏBİB-dən AÇIQLAMA

19:13 02.06.2020

Baş Prokurorluqdan 35 yaşlı kişinin özünü yandırması ilə bağlı AÇIQLAMA

19:04 02.06.2020

Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib

18:38 02.06.2020

Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ

18:33 02.06.2020

Azərbaycanda koronavirusdan sağalanların sayı 3 564 nəfərə çatdı

18:19 02.06.2020

Bu klubun bütün futbolçularında koronavirus aşkarlandı - Hamı karantinə alındı

18:18 02.06.2020

Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi

18:13 02.06.2020

Bakıda bu da oldu: xanım sürücü “Niva”nın qarşısını kəsib təpiklədi - VİDEO

18:13 02.06.2020

Bakıda ekspress xətt avtobuslarının fəaliyyəti dayandırılır - RƏSMİ

17:52 02.06.2020

Müəllimlərin işə çağırılması zamanı kimlərə güzəşt olunacaq? - RƏSMİ

17:46 02.06.2020

Yelo Bankdan maaşınızın 10 misli qədər kredit!

17:31 02.06.2020

Xüsusi karantin rejimində aksiya keçirilməsinə məhdudiyyət qoyulub - RƏSMİ AÇIQLAMA

17:15 02.06.2020

Metropolitendən qatarlarda kondisionerlərin qoşulması ilə bağlı AÇIQLAMA