Bakıda zəncirvari qəza baş verib.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Mehdi Mehdizadə küçəsində qeydə alınıb.
Belə ki, "Peugeot", "Naz lifan", "Mercedes", "Mitsubishi", "Hyundai" markalı avtomobillər toqquşub.
Hadisə zamanı xəsarət alan olmasa da maşınlara ziyan dəyib.