Bakıda zəncirvari qəza - böyük tıxac, 2 yaralı

Bakıda zəncirvari qəza - böyük tıxac, 2 yaralı
SOSİAL
15:02 18.04.2017
838
 
Bakıda zəncirvari yol qəzası baş verib.
 
Yol qəzası paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə baş verib. Hadisə nəticəsində 1-i yük avtomobili olmaqla, 4 avtomobil toqquşub. Nəticədə iki nəfərin xəsarət aldığı bildirilir.
 
Hadisəyə səbəb yük avtomobilinin tuneldə saxlamasının səbəb olduğu deyilir. Yük avtomobili tuneldə qəfil dayandığından arxadan gələn "Mercedes" markalı 3 avtomobil bir-birinə çırpılıb.
 
Ərazidə böyük tıxac yaranıb. Hadisə yerinə cəlb olunan yol polisləri yaranmış tıxacı aradan qaldırmağa çalışır.
///trend
OXŞAR XƏBƏRLƏR