Bakıda zəncirvari qəza tıxaca səbəb oldu

Bakıda zəncirvari qəza tıxaca səbəb oldu
SOSİAL
10:19 10.03.2020
1834
Bakıda zəncirvari qəza baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Moskva prospektindən üzü şəhər istiqamətində qeydə alınıb. Qəzaya səbəb isə ara məsafəsinin saxlanılmaması deyilir.

Belə ki, adıçəkilən yolda hərəkətdə olan "Mercedes C class" markalı avtomobil qarşısında eyni model maşının "ML" markası ilə toqquşub, həmin avtomobil isə, ondan öndə olan digər minik vasitəsinə dəyib.

Hadisə səbəbindən Moskva prospektindən üzü şəhər istiqamətində tıxac yaranıb.

OXŞAR XƏBƏRLƏR