Bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun 7-ci kilometrliyində, Sulutəpə qəsəbəsi ərazisində ağır yol qəzası törədən avtomobilin sürücüsünün kimliyi məlum olub. 5 avtomobili əzib keçən yük avtomobilinin sükanı arxasında 1968-ci il təvəllüdlü Tofiq Məmmədovun əyləşdiyi bildirilir. Təcili yardım həkimləri yaralı sürücünü Travmotologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna yerləşdiriblər. Hazırda yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.***12.08Bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun 7-ci kilometrliyində, Sulutəpə qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Şaqman” markalı iritonnajlı yük maşını Şamaxı istiqamətinə hərəkət edərkən idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb. Yük maşınının sürətlə hərəkət etməsi qəzanın daha da ağırlaşmasına səbəb olub.Qəza nəticəsində 5-dən çox minik maşını yük maşınının altında qalaraq əzilib. Qəzanın baş verdiyi yol demək olar ki, bağlanıb. Əraziyə yol polisləri, xilasedicilər və təcili yardım həkimləri cəlb olunub. Qəza nəticəsində 10-a yaxın insanın xəsarət aldığı bildirilir. Onlardan 3 nəfərin daha ağır yaralandığı bildirilir.Hadisənin nə səbəbdən baş verməsinə gəlincə, ilkin ehtimala görə, yük maşınının sürücüsü sükan arxasında yuxulayıb. Faktla bağlı araşdırma aparılır. /// Anspress