Bakıda zibilləri yandıran şəxslər CƏRİMƏLƏNDİ

Bakıda zibilləri yandıran şəxslər CƏRİMƏLƏNDİ
SOSİAL
16:15 04.11.2021
237


 

Noyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsi və Yasamal rayonunun Qanlıgöl ərazilərində yük avtomobili ilə məişət və digər qarışıq tullantıların boşaldılaraq qalaqlanması aşkar edilib.

 

Nazirlikdən verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqları üçün vətəndaşlar R.Babayev və H.Xudaverdiyev barəsində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.þ

OXŞAR XƏBƏRLƏR