Bakıda zibilyığan maşın dəhşətli qəza törətdi: ölən var

Bakıda zibilyığan maşın dəhşətli qəza törətdi: ölən var
SOSİAL
10:33 30.05.2017
1074
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Lent.az xəbər verir ki, Səbail rayonu ərazisində 45 saylı Mənzil Kommunal İstismar Sahəsinə məxsus olan "Zil" markalı yük maşını ehtiyatsızlıqdan hərəkətə gəlib. Bu zaman məişət tullantılarının daşınmasında istifadə edilən avtomobilin sürücüsü, 1956-cı il təvəllüdlü Nəbiyev Etibar Ağagül oğlu təkərin altında qalaraq ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR