Bakıda özünü “Azərsu”yun əməkdaşı kimi təqdim edən şəxs ifşa olundu - FOTO

Bakıda özünü “Azərsu”yun əməkdaşı kimi təqdim edən şəxs ifşa olundu - FOTO
SOSİAL
12:50 02.07.2021
448
Bakının Nəsimi rayonu ərazisində özünü "Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa olunub.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Məlumata görə, hələlik kimliyi müəyyənləşdirilməyən bu şəxs özü üçün saxta vəsiqə düzəldərək vətəndaşlardan sayğac quraşdırılması, debitor borca görə suyun kəsilməməsi müqabilində pul tələb edib.

İyunun 29-da "Azərsu”yun çilingəri Ağaş Nəsirov ərazidə olarkən təsadüfən həmin şəxsin abonentlərin birindən sayğac quraşdırmaq adı ilə pul tələb etdiyinin şahidi olub və ondan vəsiqə tələb edib.

Saxta əməlinin üstünün açıldığını görən həmin şəxs əməkdaşımıza fiziki güc tətbiq edərək ərazidən uzaqlaşmağa cəhd göstərib və bu zaman əlindəki qovluğu yerə ataraq qaçıb.

Vətəndaşlara özünü Səbuhi kimi təqdim edən şəxsə məxsus qovluqda ad və soyad qeyd olunmayan saxta vəsiqə, "Azərsu”, "Azərişıq” ASC və Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinin bidirişləri, 2 ədəd qeyd kitabı, abonentlərdən sayğac quraşdırılmasından imtinaya dair ərizələr və müxtəlif siyahılar aşkarlanıb. "Azərsu”yun Hüquq Departamenti aşkar olunmuş hal üzrə faktları və sənədləri araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

"Azərsu” istehlakçıların diqqətinə çatdırır ki, əməkdaşlardan vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər.

Abunəçilərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər", - deyə qurum bəyan edib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı