Bakıda özünü körpüdən atmaq istəyənlə bağlı açıqlama

Bakıda özünü körpüdən atmaq istəyənlə bağlı açıqlama
Bütün Xəbərlər
02:16 27.11.2014
1382

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda intihara cəhdlə bağlı məlumat yayıb.

AZXEBER.COM-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda 1 nəfər intihara cəhd edib.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb, təhlükəsizlik əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib. 

OXŞAR XƏBƏRLƏR