Bakıdakı “McDonalds”da narkotik maddə qəbul edən şəxs öldü

Bakıdakı “McDonalds”da narkotik maddə qəbul edən şəxs öldü
SOSİAL
14:04 31.01.2017
843

Bakıdakı "McDonald`s" restoranlarından birində ölüm hadisəsi baş verib.

Hadisə məşhur şəbəkənin Nərimanov rayonu F.Xoyski prospektində yerləşən restoranında qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rəhim Məmmədov "McDonald`s"ın sanitar qovşağında narkotik maddə qəbul etməsi nəticəsində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

//report
OXŞAR XƏBƏRLƏR