Bakıdakı pis qoxuya görə vəzifəli şəxslər cərimələndi

Bakıdakı pis qoxuya görə vəzifəli şəxslər cərimələndi
SOSİAL
18:03 17.05.2018
14067
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qənbərov paytaxtın bəzi rayonlarında hiss edilən xoşagəlməz qoxu ilə bağlı aparılan araşdırmadan danışıb.

M. Qənbərov AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, neft Emalı Zavodunda texnoloji prosesin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı artıq ETSN tərəfindən qanunamüvafiq tədbirlər görülüb:

"Zavod hüquqi şəxs qismində 20 min, sex rəisləri isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib. Zavodda texnoloji reqlament normalarının gözlənilməsi, əmələ gələn tullantıların qanunamüvafiq idarə olunması, qurğu və avadanlıqlarda modernizasiya işlərinə başlanılması üçün artıq onlara xəbərdarlıq edilib. Bu işlər görülməzsə, yenidən zavoda qarşı qanunamüvafiq tədbirlər görüləcək. Mənbələrdən atılmalara nəzarət etmək məqsədilə elektron monitorinq sisteminin tətbiq olunması ilə bağlı zavod rəhbərliyinə tövsiyələr verilib”.

OXŞAR XƏBƏRLƏR