Bakıdakı yanğında zəhərlənən şəxsin adı məlum oldu

Bakıdakı yanğında zəhərlənən şəxsin adı məlum oldu
SOSİAL
15:55 28.04.2018
9952
Bakıda çoxmərtəbəli binada baş verən yanğın hadisəsi zamanı bir nəfər tüstüdən zəhərlənib.

AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində xəsarət alan şəxs 1992-ci il təvəllüdlü Həsənov Samir Elxan oğludur. Xəstə zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, bu gün Bakının Xətai rayonunda, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası hadisə yerinə cəlb edilib və yanğın söndürülüb.
OXŞAR XƏBƏRLƏR