Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan geri qayıtdı

Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan geri qayıtdı
SOSİAL
11:53 29.02.2020
2902
Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəblərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib. 

Bu barədə AZXEBER.COM-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib. İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir.
OXŞAR XƏBƏRLƏR