Bakıdan - Antalyaya tur alan sərnişinlər aeroportda qaldı - ŞOK FIRILDAQ

Bakıdan - Antalyaya tur alan sərnişinlər aeroportda qaldı - ŞOK FIRILDAQ
SOSİAL
12:20 27.08.2019
6837
Azərbaycanda fəaliyyət göstərən məşhur turizm şirkətlərindən birinin insanları aldatdığına dair iddia irəli sürülüb.

AZXEBER.COM xəbər verir ki, iddia ilə sosial şəbəkə istifadəçisi Leyla Məmmədli çıxış edib.

Onun sözlərinə görə, "InTravel.Az" saytından Antalyaya tətilə getmək üçün turpaket alıb, lakin hava limanında aldadıldığı məlum olub.

L.Məmmədli deyir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında ona nə biletinin olduğu, nə də adına hotel bron edildiyi bildirilib.

Sosial şəbəkə istifadəçisinin iddiasına görə, 20-dən çox ailə həmin turizm şirkətinin dələduzluğundan əziyyət çəkir.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətin meneceri Zahir Mahmudov saytımıza açıqlamasında məsələdən xəbərdar olduqlarını vurğulayıb:

"Şirkətimizin Nərgiz Məmmədova adlı satış meneceri bir müddət əvvəl səhhətində yaranan problemə görə işdən icazə alıb. O, daimi müştərilərin etibarından sui-istifadə edərək onlara saxta sənəd verib, biletlər satıb. Sadəcə, bizim şirkətin deyil, başqa şirkətlərin də adından saxta sənədlər verilib. Nərgiz Məmmədova bu yolla təxminən 20-yə yaxın ailəni aldadıb".

Z.Mahmudov qeyd edib ki, məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. 

Nəsimi Rayon Polis İdarəsindən isə bildirilib ki, hazırda işlə bağlı araşdırma aparılır.
 
12.58 
 
AZXEBER.COM xəbər verir ki, Zahir Mahmudov Qafqazinfo-ya açıqlamasında bildirib ki, N. Məmmədova dərman içərək özünə qəsd etmək istəyib. Hazırda Toksikologiya şöbəsindədir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
01:36 10.10.2025
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
00:45 10.10.2025
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
00:04 10.10.2025
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
Gəncədə itkin düşən məktəbli tapılıb
23:47 09.10.2025
Gəncədə itkin düşən məktəbli tapılıb
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
23:44 09.10.2025
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
23:35 09.10.2025
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
23:29 09.10.2025
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
23:13 09.10.2025
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
22:57 09.10.2025
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
22:40 09.10.2025
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
22:28 09.10.2025
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
22:15 09.10.2025
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
21:55 09.10.2025
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
21:48 09.10.2025
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
21:46 09.10.2025
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
21:29 09.10.2025
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü