Bakıdan Batumiyə avtobus reysi açıldı

Bakıdan Batumiyə avtobus reysi açıldı
SOSİAL
09:34 23.06.2017
929

 

İyunun 26-dan həftənin bazar ertəsi, çərşənbə və cümə günləri olmaqla Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayacaq.

Bakı Beynəlxalq Avtovağzal kompleksindən verilən məlumata görə, avtobuslar Bakıdan saat 18:00-da yola düşəcək və növbəti gün saat 09:00-da Batumiyə çatacaq.

Biletin qiyməti 40 manatdır. 5 yaşına qədər uşaqlara bilet pulsuz, 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə bilet 50% güzətşlə satılır.

Avtobuslar kondisioner və "wi-fi” sistemi ilə təchiz olunub. Sərnişinlərə biletləri əvvəlcədən almaları məsləhət görülür. Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə avtobusların hər gün reysə çıxması imkanları nəzərdən keçirilə bilər. 

OXŞAR XƏBƏRLƏR