Bakıdan Cenevrəyə birbaşa aviareys açılıb

Bakıdan Cenevrəyə birbaşa aviareys açılıb
İQTİSADİYYAT
11:05 02.11.2018
3728
 "Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabrın 30-dan İsveçrənin Cenevrə şəhərinə birbaşa uçuşlara başlayıb.

AZAL-dan "Report”a verilən məlumata görə, "Azərbaycan Hava Yolları” birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu yerinə yetirib.

Aviaşirkətinin və aeroportun rəhbərliyinin, diplomatik idarələr və KİV nümayəndələrinin iştirakı ilə Cenevrə hava limanında təyyarənin qarşılanma mərasimi keçirilib. Reysin ilk sərnişinlərindən olan Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bildirib ki, birbaşa aviareysin açılması müxtəlif sahələrdə ikitərəfli əlaqələri möhkəmləndirəcək. Səfir birbaşa aviareysin Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcəyinə və müxtəlif sahələrdə böyük potensiala malik olan ölkəmizə daha çox diqqətin yetirilməsinə səbəb olacağına əmin olduğunu bildirib.

İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktorunun müavini Simon Heberli (Simone Haeberli) öz növbəsində uçuşun rahat olmasına diqqət çəkib. Diplomat Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini və birbaşa aviareysin açılmasının turizmin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

AZAL aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Mənizadə qeyd edib ki, aviaşirkət bu marşrutun açılmasında məmnunluq duyur. Onun fikrincə, birbaşa aviareyslər ikitərəfli münasibətlər və turizmin inkişafına faydalı olacaq. C.Mənizadə əlavə edib ki, AZAL gələcəkdə də dünyanın müxtəlif nöqtələrinə birbaşa aviareyslərin açılması istiqamətində çalışacaq.

Qeyd edək ki, AZAL-ın J2-5009/J2-5010 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik "Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.

Bakıdan uçuş yerli vaxtla saat 17:30-da baş tutacaq və təyyarə İsveçrə vaxtı ilə 19:35-da Cenevrəyə çatacaq. Geriyə dönüş isə yerli vaxtla saat 20:35-də baş tutacaq və təyyarə növbəti gün, Azərbaycan vaxtı ilə saat 04:20-də Bakıya çatacaq.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin (Terminal 1) vasitəsilə həyata keçiriləcək. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
17:26 02.05.2025
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
Anar Yusub konsert verəcək - VİDEO
16:50 02.05.2025
Anar Yusub konsert verəcək - VİDEO
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
16:33 02.05.2025
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
16:19 02.05.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
16:13 02.05.2025
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
16:07 02.05.2025
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
15:54 02.05.2025
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
15:52 02.05.2025
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
15:48 02.05.2025
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib
15:45 02.05.2025
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib
Abituriyentlərin nəzərinə - Bu qrup üzrə qəbul qaydası dəyişdi
15:36 02.05.2025
Abituriyentlərin nəzərinə - Bu qrup üzrə qəbul qaydası dəyişdi
Nazir İlham Qasımovla bağlı əmr imzaladı
15:35 02.05.2025
Nazir İlham Qasımovla bağlı əmr imzaladı
Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır
15:17 02.05.2025
Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır