Bakıdan getmiş erməni: “Qarabağ Azərbaycandan idarə edilsəydi...”

Bakıdan getmiş erməni: “Qarabağ Azərbaycandan idarə edilsəydi...”
SİYASƏT
16:50 20.01.2017
1212
Qanlı "20 Yanvar” hadisələrinin kökündə şübhə yox ki, ən əvvəl Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına yönəlik hərəkətlərə ümumxalq etirazı dururdu. 

Bu xüsusda ötən ilin noyabrında imzalanmış Bakı Sülh Platformasına qoşulanlardan biri, uzun illərdir Sank-Peterburqda yaşayan iş adamı, vaxtilə Bakıda yaşamış və "20 Yanvar” olaylarını öz gözü ilə görmüş Erik Xaçaturovun fikirləri diqqət çəkir. Onun söylədikləri "miatsum” mərəzindən qurtulmayan soydaşlarına ibrət dərsi də sayıla bilər. 

Musavat.com Xaçaturovun "20 Yanvar” hadisələri ilə bağlı CBC kanalına dediklərini təqdim edir: "O vaxt cənnətdə yaşayırdım. Mən Bakı Biskvit fabriki nəzdindəki peşə məktəbində qənnadı sənətini öyrənirdim. Və öz həmyaşıdlarım arasında birinci yerləri tutduğum üçün tez-tez Moskva və Sankt-Peteburqa pulsuz putyovkalarla mükafatlandırılırdım. Ən mühümü o idi ki, Bakının bütün sakinləri milliyyətindən asılı olmayaraq, vahid Bakı toplumunu təşkil edirdi. Bakı haqda çox xatirə var. Onlar yalnız xoş xatirələrdir. Biz o zamanlar fərq qoymurduq ki, kim azərbaycanlıdır, kim erməni... Mənim qonşularım azərbaycanlılar idi. Ruslar, ləzgilər də yaşayırdı.

Separatçılar Dağlıq Qarabağ uğrunda müharibəni qızışdıranda Ermənistana getməli oldum. Ancaq burda məni yad kimi qəbul etdilər. Bu, dəhşətli illər idi. Şəxsən mənim özümü qəbul etmirdilər. Heç bir qaçqın statusum yox idi. Sığınacaq vermirdilər. Görəndə ki, Azərbaycandan ermənilər gəlib, mənzil haqqını məqsədli şəkildə qaldırıdılar. Ermənistanın sadə əhalisi bizi ikinci sort hesab edirdi, ermənicədən tərcümə eləsək, "azərbaycanlıların qalığı” adlandırırdılar. Rusiyada məskunlaşandan sonra bir daha Ermənistana getmədim.

Hazırda Qarabağda mənim tanışlarım var. Onlarla İnternet vasitəsilə əlaqə saxlayıram. Bu, dəhşətdir. Adamlar orada necə yaşayır, bilmirəm. Onların elementar su təchizatı yoxdur. Su tapmaq üçün 1.5 kilometr yol getməli olurlar. Bu, daş əsrini xatırladır. Mən əminəm ki, əgər indi Qarabağ Azərbaycandan idarə edilsəydi, onlar indi hər cür şərait yaratmışdılar. Ermənistandan isə indi hamı qaçır. Orada ümumiyyətlə, heç nə qalmayıb. Kaş ki, hər şey heç olmayatdı, SSRİ dövründəki kimi qalaydı”.

Sonda Xaçaturov qeyd edib ki, nə vaxtsa Bakıya qayıda biləcək və uşaqlarını da ora gətirəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO