'Bakı'dan ilk transfer - VİDEO

İDMAN
12:46 14.01.2013
1894
"Bakı" futbol klubu qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib.AZXEBER.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi Aqil Nəbiyevlə 1,5 illik müqavilə imzalanıb.Aqil Nəbiyev 16 iyun 1982-ci il tarixdə Tovuz şəhərində (Azərbaycan) anadan olub. Ampluası müdafiəçidir. Premyer Liqada yer alan müxtəlif klubların heyətində çıxış edən Aqil eyni zamanda da Azərbaycan milli komandasının heyətinə cəlb edilən futbolçulardan biridir. Aqil məmmədov peşəkar futbol karyerasına doğma şəhərində başlayıb. Boyu 187 sm, çəkisi 80 kq-dır.30 yaşlı müdafiəçi 1999-2006-cı illərdə "Turan"ın idman şərəfini qoruyub. Nəbiyev Tovuz klubunun heyətində 145 oyun keçirib. 2006-cı ildə AZAL-a transfer olunan futbolçu son mövsümədək bu klubun formasını geyinib. AZAL-ın heyətində 100-dən artıq oyun keçirən Aqil Nəbiyev arada "Neftçi"nin sıralarına da dəvət olunub və bu klubda oynayıb.Aqil Nəbiyev Azərbaycan milli komandasının heyətində 8 oyun keçirib. Milli formada son oyunu 16 oktyabr 2012-ci il tarixdə Rusiya ilə qarşılaşmaya (0:1) təsadüf edir. 2013-cü ilin yanvar ayından etibarən "Bakı"ya transfer olunub və 2014-cü ilin iyun ayına qədər klubun uğurları üçün çalışıacaq.

OXŞAR XƏBƏRLƏR