Bakıdan Naxçıvana aviareyslər bu səbəbdən təxirə salınıb

Bakıdan Naxçıvana aviareyslər bu səbəbdən təxirə salınıb
SOSİAL
22:08 04.01.2021
653
Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, hava şəraiti normallaşan kimi bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək.

"Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaq”, - deyə QSC-nin məlumatında bildirilir.

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR