Bakıdan Qazaxa qonaq gedən məktəbli çayda batdı - TƏFƏRRÜAT

Bakıdan Qazaxa qonaq gedən məktəbli çayda batdı - TƏFƏRRÜAT
SOSİAL
20:36 31.05.2018
5624

Ağstafaçayda məktəblinin batmasının təfərrüatı məlum olub. 

AZXEBER.COM report.az-a istinadən bildirir ki, bir neçə məktəbli uşaq həmin ərazidə çimən zaman 8-ci sinif şagirdi Elnar Muradxan oğlu Mustafayev suda batıb.

Onunla birlikdə olan uşaqlar qorxub ərazidən uzaqlaşıblar. Yaxınlıqdan keçən şəxslərdən biri çayın sahilində paltar və mobil telefon tapıb. Bununla bağlı polisə məlumat verilib. Əraziyə hüqüq mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində uşağın meyiti tapılıb və müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, E.Mustafayev Bakı şəhərindən Qazax rayonunun Ağköynək kəndinə qonaq gəlibmiş. 

------------

 

19:45

Qazax rayonunda çayda batan məktəblinin meyiti tapılıb.

AZXEBER.COM report.az-a istinadən bildirir ki, bu gün günorta saatlarında Ağstafaçayda batan 14-15 yaşlı məktəblinin meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR