“Bakılı oğlanlar” ŞHK-nın üzvü həbsxanaya salındı - VIDEO

KRİMİNAL
11:10 18.01.2014
2391

Eynur Beybutov Rusiyanın Ufa şəhərində 4 il müddətinə azadlıqdan məhrum olunub.

“Bakılı oğlanlar” (”Parni iz Baku”) Şən və Hazırcavablar Klubunun (ŞHK) sabiq üzvü Eynur Beybutov Başqırdıstanın paytaxtı Ufa şəhərində 4 il müddətinə azadlıqdan məhrum olunub.

AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, Ufa şəhərinin Oktyabr rayon məhkəməsi “Bakılı oğlanlar”ın sabiq üzvü E.Beybutovu yanğın təhlükəsizliyi qaydalarının tələblərini pozmaqda suçlu bilib.

Yanğınla bağlı cinayət işində “Konsertnıy klub” şirkətinin direktoru Eynur Beybutov və “Avropa” ticarət mərkəzinin yanğın təhlükəsizliyinə görə məsul şəxsi olan 42 yaşlı Aleksandr Gersen müttəhimlər kürsüsündə idilər.

A.Gersen 3 il müddətinə azadlıqdan məhrum olunub.

Ufadakı “Avropa” ticarət mərkəzində yanğın 2011-ci ilin yanvarında baş vermişdi. Yanğında 2 nəfər həlak olmuş, onolarla insan yaralanmışdı.

Ufanın minlərlə sakini Başqırdıstan paytaxtının mərkəzində güclü partlayışın şahidi olmuşdular. Cinayət işi ilə bağlı istintaq 3 il davam edib.

İstintaq zamanı müəyyənləşdirilib ki, Eynur Beybutov binada özbaşına təmir və rekonstruksiya işləri aparıb, təlxiyyə çıxışlarını bağlayıb, pəncərələri kərpiclə hördürüb, binanı isitmək üçün “istilik topu”ndan istifadə edib.

Bütün bunların sonucunda “Avropa”da baş vermiş partlayış sonradan güclü yanğına çevrilmişdi.

OXŞAR XƏBƏRLƏR