Bakılı oliqarxın həbs müddəti uzadıldı

Bakılı oliqarxın həbs müddəti uzadıldı
DÜNYA
01:17 18.01.2016
1960
Azərbaycanlı oliqarx Roman Manaşirovun həbs müddəti uzadılıb.
Bu barədə Moskva şəhər məhkəməsi qərar verib. Qərara əsasən, Manaşirovun həbs müddəti mayın 16-na qədər uzadılıb. O, rüşvət verilməsində vasitəçilikdə ittiham olunur. Bundan əvvəl onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Biznesmen Roman Manaşirovun işində müstəntiqlər qəribə halla qarşılaşıblar.
Manaşirov istintaqçılara rus dilini unutduğunu bildirib. “Hazırda mən yalnız dağ yəhudilərinin dilini başa düşürəm və bu dili bilən tərcüməçilər verilməsini tələb edirəm", - deyə bakılı oliqarx bildirib.
Müstəntiqlər oliqarxı yəhudi dilini bilən tərcüməçi ilə təmin ediblər. Lakin bu dəfə də R.Manaşirov tərcüməçini başa düşmədiyini bildirib. Oliqarx bunu onunla əsaslandırıb ki, o, Azərbaycanın Quba rayonunda dağ yəhudilərinin istifadə etdiyi xüsusi dialekti bilir. Tərcüməci isə onu bilmir.
Amma bütün tərcümə çətinliklərinə baxmayaraq, məhkəmə onun həbs müddətini may ayına qədər uzadıb.
İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib.
Dekabr ayının 10-da isə həbs edilən azərbaycanlı milyarder Roman Manaşirovun ailəsinə məxsus evdə axtarış da aparılıb. Axtarış zamanı onun qardaşı Solomon Manaşirovun evinin antiq əşyalar və bahalı rəsm əsərləri ilə dolu olduğu bəlli olub.
Məlumata görə, Roman Manaşirov Moskvanın yəhudi icmasının üzvüləri arasında böyük nüfuza malikdir. 46 yaşlı biznesmen Quba rayonunda, Qırmızı Qəsəbədə anadan olub. O, Moskvada yəhudi icma mərkəzinin əsas sponsorlarından biri idi. Manaşirov həmçinin Rusiya paytaxtında xeyriyyə layihələrinin maliyyələşdirilməsində fəal iştirak edirdi./ANSPRESS/
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək