Bakının bəzi yollarında sürət həddi aşağı salındı

Bakının bəzi yollarında sürət həddi aşağı salındı
SOSİAL
15:22 08.01.2023
112
Yağıntılı hava şəraitinə görə Bakının bəzi yollarında sürət həddi aşağı salınıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda paytaxt ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində, Aeroport şosesində, Mərdəkan-Buzovna yolunda, Bilgəh yolunda, Zığ şosesində quraşdırılan məlumat sürət portallarında hərəkət sürəti 20 km/saat endirilib.
OXŞAR XƏBƏRLƏR