Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
SOSİAL
21:55 25.06.2026
163
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün ərazidə söküntü işləri başlayıb. Söhbət dəmir yolu xəttinin mühafizə zonasına yaxın tikililərdən gedir.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbərinə görə, Azərbaycan Dəmir Yollarından bildirilib ki, söküntü işlərinin aparıldığı ərazilərdən biri də Suraxanı bazarı ətrafıdır. 

Yeni Suraxanı-Hövsan xəttinin bərpası təkcə bir istiqamətin yenilənməsi demək deyil.

Dövlət Proqramı çərçivəsində Bakı və ətraf qəsəbələri əhatə edən dəmir yolu şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur.

Yeni Suraxanı-Hövsan xəttində aparılan işlər başa çatdıqdan sonra bu istiqamətdə sərnişin daşımalarının bərpası şəhərətrafı nəqliyyat yükünün azalmasına da təsir göstərəcək.

OXŞAR XƏBƏRLƏR